Logo

UGRAD proqramına qatılan BANM tələbəsi: “Burada aldığım təhsil ABŞ-də çox köməyim oldu” - FOTO

16.06.2022 09:45 446 baxış
IMG

Aytən Sədirova Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsidir.

"Tehsil.biz"in məlumatına görə, o, 2018-ci ildə BANM-ə 690 balla daxil olub. Bir çox layihələrdə fəal iştirak edən Aytən həm də NASA-nın keçirdiyi “Human Exploration Rover Challenge” müsabiqəsində Azərbaycan tarixində ilk dəfə olaraq qatılan BANM komandasında təmsil olunub. 

O, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən UGRAD mübadilə proqramının qalibi olub və bu ilin yaz semestrində 4 ay ərzində ABŞ-nin mühəndislik və araşdırma üzrə ən yaxşı universitetlərindən biri olan Maine Universitetində təhsil alıb. Aytən deyir ki, Bakı Ali Neft Məktəbində aldığı təhsil bu proqrama seçilməyində böyük rol oynayıb:

“BANM-də təhsil böyük üstünlüklərdən biridir. Burada ortalama qiymətim, ingilis dili səviyyəm, müxtəlif layihələrdə iştirak etməyim proqrama seçilməyimdə rol oynadı”.

Aytən bildirir ki, Bakı Ali Neft Məktəbində aldığı biliklər ABŞ-də ona çox kömək olub:

“ABŞ-də təhsil aldığım müddətdə ixtisasımla bağlı nəzəri cəhətdən heç bir çətinlik çəkmədim. Hətta Bakı Ali Neft Məktəbində nəzəri  baxımdan daha dərin biliklər öyrədilir. Orada daha çox laboratoriyalara vaxt ayılır”.

Xəbər lenti