Logo

Alimlər kainatın ən uzaq kvazarını aşkar etdi

14.01.2021 02:43 518 baxış
IMG

Beynəlxalq astronomlar qrupu Böyük partlayışdan 670 milyon il sonra formalaşan kainatın ən uzaq kvazarını aşkar edib.

 

Tehsil.biz xəbər verir ki, araşdırmanın nəticələri “Astrophysical Journal Letters” jurnalında dərc olunub.

 

J0313-1806 adını alan kvazar Yerdən 13 milyard işıq ili uzaqlığında yerləşir. Çox böyük bir qara dəlikdən qidalanan kvazar Günəşdən 1,6 milyard dəfə böyük və Süd yolu qalaktikasından minqat daha parlaqdır.

 

Qeyd edək ki, kvazarlar kainatın ən parlaq obyektləridir.

Xəbər lenti