Logo

Tələbələr Bakı Olimpiya Stadionunda olublar - FOTOLAR

15.06.2022 14:11 388 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “İdman menecmenti” magistr ixtisasının tələbələri Bakı Olimpiya Stadionunda (BOS) olublar.

Tehsil.biz xəbər verir ki, VAR (Video Assistent Referee) mərkəzində AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxliklə görüşən magistrantlar üçün VAR-la bağlı seminar keçirilib. Bundan başqa, tələbələr stadionun media tribunası, paltardəyişmə və mətbuat otaqları, SKY BOX və VİP yerlərlə tanış olmaq imkanı da qazanıblar.

Daha sonra ASAPES-in tələbələri isveçrəli beynəlxalq ekspert, “Sportanalytics” konsaltinq şirkətinin təsisçisi və rəhbəri Con Andrea Şoşerlə birgə BOS-un mətbuat katibi Fərid Əsədzadə ilə görüşərək onları maraqlandıran məsələlərlə bağlı suallar veriblər.

Tələbələrə mühazirə oxunması ilə BOS-a səfər başa çatıb.

Xəbər lenti