Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları İstanbul Kent Universitetində təşkil olunan təhsil sərgisində iştirak ediblər.
AzTU-dan "Tehsil.biz"ə verilən məlumata görə, “Azedu Academy” təhsil mərkəzinin təşkil etdiyi sərginin keçirilməsində məqsəd Azərbaycan universitetlərinin təbliği və xarici ölkələrin tələbələrinin diqqətini ölkəmizin ali təhsil müəssisələrinə cəlb etməkdən ibarətdir.
Ölkəmizin bir sıra nüfuzlu universitetlərinin təmsil olunduğu sərgidə AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov, Media ilə iş və kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Mirməhəmməd Ələkbərli iştirak edib.
Sərgi qardaş ölkənin mediası və təhsil ictimaiyyətinin diqqətini cəlb edib, belə tədbirin təşkil olunmasının Azərbaycan və Türkiyənin təhsil sahəsində əlaqələrinin daha da gücləndirilməsi baxımdan xüsusilə önəmli olduğu bildirilib.