Logo

ADPU və Corc Vaşinqton Universitetinin icra etdiyi ikili diplom proqramı ilə 130 magistr təhsil alacaq

13.06.2022 14:03 420 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universitetinin icra etdiyi ikili diplom proqramı çərçivəsində təhsil siyasəti və idarəetməsi ixtisası üzrə ümumilikdə 130 magistr təhsil alacaq.

"Tehsil.biz" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin icra etdiyi ikili diplom proqramı çərçivəsində təhsil siyasəti və idarəetməsi ixtisası üzrə ilk “Məzun günü”ndə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu il proqrama 3–cü dəfə qəbul aparılır. Birinci və ikinci qəbulda 25 magistrin təhsil alması nəzərdə tutulmuşdu. Bu il və gələn il proqram üzrə 40 tələbə təhsil alacaq.

Qeyd edək ki, ikili diplom proqramı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə imzaladığı əməkdaşlıq müqaviləsinə əsasən icra olunur.

Xəbər lenti