Logo

Metodika və pedaqogika üzrə seminara qeydiyyat aparılır

11.06.2022 10:58 479 baxış
IMG

Təhsil İnstitutu müəllimlərin işə qəbulu müsabiqəsinə və sertifikasiya imtahanına hazırlaşan namizədlərə dəstək məqsədilə seminarları davam etdirir.

İnstitutdan bildirilib ki, budəfəki seminar metodika və pedaqogika üzrə imtahana hazırlaşan şəxslər üçün iyunun 14-də saat 15:00-da əyani şəkildə təşkil ediləcək. Seminarda iştirak etmək istəyənlər iyunun 13-dək aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/Fn7A9uRnTDPb5aiY8
Seminar 240 nömrəli tam orta məktəbdə keçiriləcək və 2 saat davam edəcək.

Qeyd edək ki, seminarların mütəmadi şəkildə keçirilməsi planlaşdırılır. Hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə olunacaq, eyni zamanda, gələcəkdə çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək.

Xəbər lenti