Logo

İlahiyyat İnstitutu: Xarici tələbələr təhsillərini başa vurub

10.06.2022 17:11 548 baxış
IMG

Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində sözügedən ali təhsil müəssisəsinin iki tələbəsi Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) birsemestrlik təhsil müddətini başa vurub.

Tehsil.biz xəbər verir ko, ingilis dilində həyata keçirilən dərslər öz sahəsinin peşəkar mütəxəssisləri olan Aİİ-nin müəllimləri tərəfindən keçirilib.

Qeyd edək ki, Aİİ-nin qarşısına qoyduğu məqsədlərdən biri də ali təhsil müəssisəsinin dünya miqyasında tanınmasına nail olmaqdır. Bu istiqamətdə İnstitut ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayır. Hazırda əməkdaşlıq müqaviləsi çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam etdirirlər.

Xəbər lenti