Logo

Məşhur poliqlot ATU tələbələrinə dil öyrənməyin asan yollarını izah edib

10.06.2022 00:23 511 baxış
IMG

“Tələbələr səhv edərək danışmağa can atmalıdır. Müəllimlər də tələbələri yönlədirməyi, həvəsləndirməyi bacarmalıdır”.

Tehsil.biz xəbər verir ki, bu haqda neyrolinqvistika təhsilli azərbaycanlı poliqlot, TedX layihəsinin iştirakçısı Aslan Məmmədzadə Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüşündə bildirib.

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə A.Məmmədzadə tələbələrə dil öyrənməyin üsulları haqqında danışıb.

Peşəkar səviyyədə 9 dil bilən, Doqquz dildə sərbəst danışan Aslan Məmmədzadə  "Dil öyrənməyin üç qızıl qaydası" adlı  təlimində qeyd edib ki, istənilən dildə onu öyrənməyə başladığın ilk gündən danışmağa cəhd etməlisən. “Kiçik addımlarla, səhvlər edərək danışmağa başlamalıyıq. Səhv etmək normaldır. Həftədə bir neçə dəfə kurslara getməklə dil öyrənmək mümkün deyil. Bunun üçün paralel olaraq oxumaq və dinəmə bacarığını da inkişaf etdirməlisən”. Söhbətini zarafatlarla, əyləncəli formada aparan A.Məmmədzadə çıxışının sonunda tələbələrin suallarını cavablandırıb. 

Qeyd edək ki, Aslan Məmmədzadə orta məktəbi Lənkəranda bitirdikdən sonra Türkiyənin Süleyman Dəmirəl Universitetində təhsil alıb. Azərbaycan, türk, rus, ingilis, polyak, ispan, fransız, italyan, alman dillərini tədris edən Aslan Məmmədzadə hazırda təsisçisi olduğu “Practical languages” şirkətində pedaqoq kimi fəaliyyət göstərir.

Xəbər lenti