Logo

AMEA-nın magistrantları pedaqogika fənnindən imtahan veriblər

09.06.2022 18:45 278 baxış
IMG

İyunun 9-da AMEA-nın I kurs magistrantları pedaqogika fənnindən imtahan veriblər.

Tehsil.biz xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada iki qrup üzrə təşkil edilmiş imtahan yazılı formada həyata keçirilib.

Yay imtahan sessiyası ilə əlaqədar yaradılmış komissiyanın üzvləri AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Kamal Əliyev, Rəyasət Heyətinin elmi katibi Sərxan Xavəri və akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev imtahan prosesində iştirak ediblər. Onlar imtahanın gedişi ilə yaxından tanış olublar. İmtahanın yüksək səviyyədə təşkili ilə bağlı razılıqlarını bildiriblər.

Xəbər lenti