Logo

İyuldan müəllimlərin sertifikasiyası ilə bağlı qeydiyyat prosesinə start veriləcək

09.06.2022 17:43 459 baxış
IMG

"İyuldan etibarən müəllimlərin sertifikasiyası ilə bağlı qeydiyyat prosesinə start veriləcək".

Tehsil.biz xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, imtahan üçün müəllimlərin özlərinin qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur:

"Qeydiyyat Regional Təhsil İdarələri tərəfindən aparılacaq. Müəllimlərin işə qəbulu (MİQ) imtahanları üçün 15 imtahan mərkəzinin ayrılması nəzərdə tutulub. Sertifikasiyada isə bunlardan 8-i istifadə olunacaq".

O əlavə edib ki, ertifikasiya imtahanlarının avqust ayının sonunda keçirilməsi planlaşdırılır:

"İmtahanlardan sonra ilin sonuna kimi müsahibələr təşkil olunacaq".

Xəbər lenti