Logo

BANM-in daha bir tələbəsi ABŞ-də təqaüdlə doktoranturaya qəbul olub

09.06.2022 15:11 496 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Elvin Qaraşlı ABŞ-də tam təqaüdlü doktoranturaya qəbul olunub.

Tehsil.biz xəbər verir ki, BANM tələbəsi ABŞ-nin Luiziana Universitetində (Lousiana State University) Kimya mühəndisliyi üzrə doktorantura pilləsində təhsil alacaq. Onun bu universitetdən qazandığı təqaüdün məbləği 28 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, Elvin Qaraşlı 2017-ci ildə Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına 675 balla daxil olub.

O, seçim etdiyi universitetdən başqa, ABŞ-nin Missuri Elm və Texnologiya Universiteti, Böyük Britaniyanın Mançester Universiteti, Almaniyanın Hamburq Texniki Universiteti və “Erasmus Mundus” proqramı çərçivəsində Fransanın Lill Universiteti, Troyes Universiteti, Polşanın Texnologiya Universiteti, İtaliyanın Bari Aldo Moro Universitetindən də müraciətinə müsbət cavab alıb.

Xəbər lenti