Logo

Məktəbin inkişaf planının (MİP) təqdimatları davam edir

09.06.2022 14:00 482 baxış
IMG

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən məktəblərin inkişaf planının təqdimatları davam edir.

İnstitutdan bildirilib ki, bu dəfə inkişaf planı təqdim edilən növbəti məktəb paytaxtdakı 173 nömrəli tam orta məktəb olub. Məktəb rəhbərliyi və müəllim kollektivi ilə görüşdə inkişaf planı iştirakçılara təqdim edilib.

Qeyd edək ki, məktəbin inkişaf planı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiya hesabatı əsasında hazırlanır. Hesabata əsasən məktəblərə metodik dəstəyin göstərilməsi, həmçinin məktəblərin inkişaf planının hazırlanması nəzərdə tutulur.

Xəbər lenti