Logo

Sabah müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatacaq

09.06.2022 11:49 529 baxış
IMG

İyunun 10-da 2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatacaq.  

Tehsil.biz xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 10 iyun saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. 

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Həmçinin müsabiqədə iştirak etmək istəyən şəxs hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında müəllim olaraq fəaliyyət göstərirsə, müddətsiz əsaslarla təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdiyi halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilər.

Xəbər lenti