Logo

MİQ müsabiqəsinin nəticələri ilə bağlı apellyasiya şikayətinə baxılacaqmı? - RƏSMİ

08.06.2022 12:37 613 baxış
IMG

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində toplanmış bal yalnız həmin tədris ili üçün qüvvədədir.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra tərkibi Təhsil Nazirliyi tərəfindən formalaşdırılan apellyasiya komissiyası tərəfindən baxılacaq.

Cari tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin regionlarda təşkili nəzərdə tutulub.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə keçirilən iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı təmin olunmayacaq.

Xəbər lenti