Logo

Bu bakalavrlar “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər

08.06.2022 10:57 383 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul olmaq üçün 68, 69 və 70 saylı proqramları seçən bakalavrlara müraciət edib.

Mərkəzdən "Tehsil.biz"ə verilən məlumata görə, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 1-3 iyun tarixlərində aparılıb.

Qeydiyyatdan keçən bakalavrlar “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib 10–17 iyun tarixlərində vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

Xəbər lenti