Logo

BANM-in hazırlıq kursu tələbələri arasında futzal yarışının qalibi müəyyənləşib

08.06.2022 10:32 415 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) 10 illik yubileyinə həsr edilmiş Hazırlıq kursu tələbələri arasında Futzal çempionatının final oyunu keçirilib.

Tehsil.biz xəbər verir ki, final oyununun açılışını həyata keçirən BANM-in rektoru Elmar Qasımov komandalara uğurlar arzulayaraq Ali Məktəbdə idman yarışlarına əhəmiyyət verildiyini bildirib. O, Hazırlıq kursu tələbələrinin də bu yarışlarda fəal şəkildə iştirakını yüksək qiymətləndirib.

Final oyunu “Ball of Duty” və “BHOSelona” komandaları arasında baş tutub. Oyunda “Ball of duty” komandası 8-3 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

Fevral ayından başlayan turnirə ümumilikdə 12 komanda qatılıb. Turnir 6 komandadan ibarət 2 qrupa bölünüb. Ümumilikdə turnirdə Hazırlıq kursunun 85 tələbəsi iştirak edib.

Xəbər lenti