Bakı Ali Neft Məktəbi (BANM) ilə əməkdaşlıq çərçivəsində “PAŞA Həyat” şirkəti tərəfindən “Təkrarsığorta, Həyat Sığortası və onun tarixi” mövzusunda bilik mübadiləsi sessiyası keçirilib.
Tehsil.biz xəbər verir ki, təlim Ali Məktəbin 1-ci kurs bakalavr tələbələri üçün təşkil olunub.
Şirkətin Anderraytinq və təkrarsığorta şöbəsinin müdiri Fərəh Əsgərova mövzu üzrə təcrübə və biliklərini bölüşüb, tələbələrin gələcək karyeralarının formalaşması istiqamətində məsləhətlərini verib.