Logo

Bakı Mühəndislik Universitetində iki ixtisasa qəbul dayandırılıb

07.06.2022 17:37 323 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) növbəti tədris ili üçün iki ixtisasa qəbul dayandırılıb.

Bu barədə "Tehsil.biz"ə BMU-nun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbul planı kadr və mütəxəssislərə olan tələbat nəzərə alınaraq hər il müvafiq dövlət qurumları tərəfindən təsdiqlənir.

Qeyd olunub ki, BMU-nun ingilis dilində tədris aparılan iqtisadiyyat və pedaqoji ixtisaslarına növbəti tədris ili üçün qəbul nəzərdə tutulmayıb:

"Tədrisi Azərbaycan dilində aparılan iqtisadiyyat, pedaqoji və digər bütün ixtisaslar üzrə qəbul planı isə əvvəlki illərdə olduğu kimi saxlanılıb".

Xəbər lenti