Logo

I və IV ixtisas qrupları üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqlarının İZAHI

07.06.2022 14:56 346 baxış
IMG

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 4-5 iyun 2022-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını açıqlayıb.

Tehsil.biz xəbər verir ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Xatırladaq ki, həmin hissədə 21-22 may tarixlərində keçirilən II və III ixtisas qrupları üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqlarının da izahı yerləşdirilib.

Xəbər lenti