Logo

Builki imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticə ona məxsusdur - FOTO

07.06.2022 14:45 580 baxış
IMG

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 21-22 may tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

"Tehsil.biz"in məlumatına görə, builki imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbin məzunu Yusibov Şəhriyar Səfa oğlu göstərib.

Belə ki, o, 7 may 2022-ci il tarixində Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə keçirilən respublika fənn olimpiadasının final mərhələsinin nəticələrinə əsasən 391.2 bal toplayaraq yüksək nəticə əldə edib.

Xəbər lenti