Logo

Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyənlər üçün təlimlər keçiriləcək

07.06.2022 13:14 377 baxış
IMG

Təhsil İnstitutu ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil edir. 

İnstitutdan bildirilib ki, təlimlər pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi və peşə etikası kimi mövzuları əhatə edəcək. 

Təlim iştirakçıları pedaqoqu xarakterizə edən xüsusiyyətləri və onun rollarını öyrənəcək, rəqəmsal texnologiyalardan rahatlıqla istifadə edə biləcək, elmi rəhbərlik etmək üçün əsas bacarıqlara yiyələnəcəklər. Həmçinin iştirakçılar qiymətləndirmə və təlim metodlarını, sillabusların tərtib edilməsini öyrənəcəklər.

Ödənişli əsaslarla  keçiriləcək təlimlərdə ali təhsilli şəxslər iştirak edə bilərlər. Sonda iştirakçılara Təhsil İnstitutu tərəfindən sertifikat təqdim ediləcək.  

Qeydiyyat iyunun 10-dək aparılır. Qeydiyyatdan keçən şəxslərə proqram və ödəniş ilə bağlı ətraflı məlumat göndəriləcək. 

Xəbər lenti