Logo

UNEC-də “Gənc müəllimlər-4” layihəsinə start verilib

07.06.2022 12:50 279 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin “Gənc müəllimlər-4” layihəsi çərçivəsində gənc müəllimlərin işə qəbulu elan edilir.

UNEC-dən verilən məlumata görə, rəqəmsal texnologiyalar və tətbiqi informatika, eləcə də mühəndislik və tətbiqi elmlər sahələri üzrə “İnformasiya texnologiyaları”, “Komputer elmləri”, “İnformasiya təhlükəsizliyi”, “Kommunikasiya sistemləri”, “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Qida mühəndisliyi” ixtisaslarında tədris aparmaq istəyən gənc müəllimləri “Gənc müəllimlər-4” layihəsində iştirak etməyə dəvət edirlər:

“Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtlərdəndir. Müraciətləri müsbət dəyərləndirilmiş namizədlərlə fərdi şəkildə müsahibə təşkil ediləcək. Xarici dil biliyi olan namizədlərə üstünlük veriləcək.

Maraqlananlar CV-lərini 30 iyun 2022-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər.

Tələbələrlə çalışmağa həvəs göstərən, bilik və bacarıqlarını daim təkmilləşdirən, innovativ tədrisə üstünlük verən gəncləri UNEC kollektivində görməyə şad olarıq!”

Xəbər lenti