Logo

ATMU-da yaz semestrinin imtahan sessiyası uğurla davam edir

07.06.2022 12:26 303 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası ənənəvi formada davam edir.

Bu barədə ATMU-dan məlumat verilib.

Bildirilib ki, imtahanla bağlı əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib. İmtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib.
Bakalavriatura səviyyəsində 46 qrup üzrə 1043-ə yaxın tələbə, magistratura səviyyəsində isə on ixtisaslaşma üzrə 119 nəfər imtahan verəcək.

Müxtəlif səbəblərdən imtahanda iştirak etməyənlər üçün həmin fənlərdən imtahan vermək üçün iyunun 30-dan iyulun 1-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və şikayətlərin araşdırılmasını təmin edəcək.

Xatırladaq ki, imtahan sessiyası təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2022-ci il 19 may tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaz semestrinin imtahan sessiyası iyunun 24-dək davam edəcək.

Xəbər lenti