Logo

BDU tələbələri Prezident Kitabxanasının iş təcrübəsi ilə tanış olublar - FOTO

07.06.2022 11:57 300 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin II kurs tələbələri müasir texnologiyalar əsasında təşkil edilmiş, modern infrastruktura malik Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının iş təcrübəsi ilə tanış olublar.

Tehsil.biz xəbər verir ki, kitabxananın əməkdaşları Prezident Kitabxanasının fəaliyyəti, strukturu, sənəd dövriyyəsi, kitab fondu, oxucu kateqoriyaları və eləcə də prioritetləri barədə tələbələrə ətraflı məlumatlar veriblər. Tələbələr kitabxananın elektron kataloqu ilə tanış olublar. Prezident Kitabxanasında həyata keçirilən rəqəmsallaşdırma prosesləri barədə ətraflı informasiyalar onların diqqətinə çatdırılıb.

Görüş zamanı tələbələrin sualları Prezident Kitabxanasının mütəxəssisləri tərəfindən cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti, təcrübə rəhbəri Rəşad Qardaşov Prezident Kitabxanasının rəhbərliyinə yaradılmış şəraitə, tələbələrə göstərilən xüsusi diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Xəbər lenti