Logo

BMU aliminin yeni dərs vəsaiti nəşr olunub

07.06.2022 11:06 353 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının dosenti Nəcəf Orucovun “Elektrik veriliş xətləri” adlı yeni dərs vəsaiti nəşr olunub.

Tehsil.biz xəbər verir ki, kitab hava və kabel elektrik veriliş xətlərinə həsr edilib. Dərs vəsaiti ali təhsil müəssisələrinin Еlеktrik və elektronika mühəndisliyi, həmçinin Enеrgеtika mühəndisliyi iхtisаsları üçün nəzərdə tutulub. Bununla yanaşı, dərslikdən energetika sahəsində çalışan mühəndis-texniki işçilər də istifаdə еdə bilərlər.

Dərs vəsaitinin elmi redaktoru BMU-nun adıçəkilən kafedrasının dosenti Qara Həsənov, rəyçiləri isə kafedranın dosenti Elçin Qurbanov və Azərbaycan Texniki Universitetinin Energetika və avtomatika fakültəsinin dekanı Hüseynqulu Quliyevdir.

Xəbər lenti