Logo

Üçüncü qrupda ən yüksək nəticəni göstərən abituriyentin fotosu

07.06.2022 10:10 360 baxış
IMG

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 21-22 may tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Tehsil.biz xəbər verir ki, “Azərbaycan Universitetləri” feysbuk səhifəsinin məlumatına görə, III qrup üzrə ən yüksək nəticəni Bakı şəhəri, 286 saylı məktəbin məzunu Nəcməddin Orucov göstərib.

O, ilk imtahandan maksimal 300 balı toplamışdı. 2-ci imtahanda isə 387,3 bal toplayıb. Beləliklə, N. Orucov 687,3 bal toplamaqla III qrup üzrə ən yüksək nəticə əldə edib. 

Qeyd edək ki, o, 2 il öncə IX siniflərin buraxılış imtahanında da yüksək nəticə göstərərək 276 bal toplamışdı.

Xəbər lenti