Logo

"Süni intellekt və data elmi" təlim layihəsi davam edir

07.06.2022 09:38 492 baxış
IMG

Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə ARTİ tərəfindən təşkil olunan "Süni intellekt və data elmi" intensiv təlim proqramı layihəsi davam edir.

Tehsil.biz xəbər verir ki, sözügedən layihə 4 may 2022-ci il tarixindən etibarən 40 nəfər iştirakçı ilə start götürüb və ötən həftələr ərzində iştirakçılar statistika, "Python", "SQL" mövzularında nəzəri və və "Tableau" praktiki biliklərə yiyələniblər. Proqramın planına əsasən iyun ayı ərzində əyani təlimlərə fasilə verilib İştirakçılar öncədən təyin olunmuş tapşırıqları yerinə yetirirlər. İyul ayından etibarən isə dərslər yenidən davam edəcək. Növbəti təlimlər "Machine Learning" vǝ "Deep Learning" mövzularına fokuslanacaq.

Qeyd edək ki, "Süni intellekt və data elmi" intensiv təlim proqramı layihəsi ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirməyi hədəfləyir. Layihə çərçivəsində data analitikasına marağı olan tələbələr və yeni məzunlar bu sahədə ekspert olan təlimçilər tərəfindən strukturlu və effektiv şəkildə praktiki təlimlər keçirlər və data elminin əsaslarını dərindən mənimsəyirlər.

Xəbər lenti