Logo

“İnsan hüquqları, erkən nikahlar” mövzusunda növbəti tədbir keçirilib - FOTOLAR

07.06.2022 00:30 478 baxış
IMG

“İnsan hüquqları, erkən nikahlar” mövzusunda növbəti tədbir iyunun 6-da Zığ qəsəbəsi üzrə 317 saylı tam orta məktəbdə keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Suraxanı RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Könül xanım Axundova, komissiyanın üzvləri, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin nümayəndələri, Zığ qəsbəsi bələdiyyə sədri, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirdə günümüzün ən aktual problemlərindən biri olan erkən nikahların doğurduğu fəsadlar, cəmiyyətimizə vurduğu ziyanlardan bəhs edilmiş, videoçarx nümayiş olunub. 

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Suraxanı RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Könül xanım Axundova çıxış edərək məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın əsas fəaliyyət istiqamətlərindən olan sözügedən mövzuya xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. K.Axundova problemlə mübarizədə ciddi maarifləndirmə işlərinin aparılmasının önəmindən də danışıb.

Tədbirdə məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Gülarə Mirzəyeva, 3 nömrəli doğum evinin baş həkimi İmmi Ələkbərova, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik leytenantı Əfqan Ağayev, psixoloq, tibb işçisi və müəllimləri çıxış edərək erkən nikahların məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklər kimi bir çox problemlərə yol açdığını bildirib, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq cərimə və cəza tədbirlərinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Xəbər lenti