Logo

"SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkəti”nin mütəxəssisləri BANM-də olub

06.06.2022 20:46 428 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkəti”nin (“SOCAR Türkiye Ar-Ge ve İnovasyon A.Ş.”) nümayəndə heyəti ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Ali Məktəbin kampusu, laboratoriyaları ilə tanış olan qonaqlar BANM-in rektoru Elmar Qasımovla görüşüblər.

Qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. O bildirib ki,  böyük potensiala malik olan Ali Məktəbin tələbələri tədqiqata meyillidirlər və Bakıda ilk dəfə keçirilən “Teknofest” festivalında əldə olunan yüksək nəticələr də bunu sübut etdi. Rektor tədqiqata maraq göstərən tələbələrin təşviqi üçün əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

"SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkəti”nin baş direktoru Bilal Quliyev Bakı Ali Neft Məktəbinin böyük insan kapitalına malik olduğunu vurğulayaraq birgə layihələrin həyata keçirilməsinin faydalı olacağını qeyd edib. O, Ali Məktəbin tədqiqata maraq göstərən tələbə və məzunlarına lazımi dəstək göstərməyə hazır olduqlarını əlavə edib.  

Sonra BANM-in İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri Farab Kamyabi Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr, əldə olunan uğurlar barədə məlumat verib. Görüş tərəflər arasında əməkdaşlıq perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlıq istiqamətləri barədə müzakirələrlə davam etdirilib.

Xəbər lenti