Logo

Bakı Mühəndislik Universitetinin nizamnamə fondu müəyyənləşib

06.06.2022 20:14 295 baxış
IMG

Bakı Mühəndislik Universitetinin nizamnamə fondu məlum olub.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Bakı Mühəndislik Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, Universitetin nizamnamə fondu 1 milyon manatdır.

Universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, vəsaitdən formalaşdırılır.

Universitet ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Universitetin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.

Universitet əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir.

Xəbər lenti