Logo

UTECA Avropada təmsil olunub - FOTOLAR

06.06.2022 19:43 348 baxış
IMG

İspaniyada Erasmus+ layihəsi çərçivəsində Beynəlxalq təlim həftəsi təşkil olunub.

Tehsil.biz xəbər verir ki, 35 ölkədən nümayəndələrin iştirak etdiyi təlimdə Azərbaycan Texnologiya Universitetini rektorun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov təmsil edib. 

Tədbir İspaniyanın Jaen Universitetində keçirilib. UTECA sözügedən universitetlə Avropa Birliyi tərəfindən maliyyələşən Erasmus+ layihəsi çərçivəsində uzun müddətdir ki, əməkdaşlıq edir və əməkdaşlıq çərçivəsində daha öncə UTECA-nın 3 tələbəsi 1 semestr müddətində mübadilə proqramında iştirak edib. 

23-27 may tarixlərində bir həftə davam edən təlimlərdə universitetlərarası mövcud və perspektiv əməkdaşlıqlara dair məhsuldar müzakirələr aparılıb. Müxtəlif ölkələrin təhsil sistemləri, tələbə və müəllim mübadiləsi, birgə yay məktəbləri və ikili proqramların həyata keçirilməsi gündəlikdə duran əsas məsələlərdən olub. Geniş fikir mübadiləsi yeni bilik və təcrübələr qazandırıb.

Təlim müddətində bəzi iştirakçılar mənsub olduqları ölkə və universitetlərə aid materiallar nümayiş etdiriblər, maraqlı təqdimatlarla çıxış ediblər. Aqil Eyvazov UTECA haqqında təqdimatla çıxış edib və öz çıxışında Azərbaycan və Gəncə haqqında da ətraflı məlumat verib. 

Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.

Xəbər lenti