Logo

BDU-nun Biologiya fakültəsinin tələbələri istehsalat təcrübəsində - FOTO

06.06.2022 15:20 463 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biotexnologiya ixtisası üzrə II  kurs tələbələri nəzəri biliklərini möhkəmləndirmək üçün “Abşeron-Şərab” ASC-nin Mehdiabad üzüm emalı müəssisəsində bir günlük istehsalat təcrübəsi keçiblər.

Tehsil.biz xəbər verir ki, təcrübə zamanı  tələbələr  müəssisədə  Amerika və Avropanın ən qabaqcıl şirkətləri tərəfindən istehsal edilmiş cihaz və avadanlıqların işləmə mexanizmləri ilə tanış olub, sərbəst şəkildə nümunə və sınaqların götürülməsini həyata keçiriblər.

Şirkətin texnoloqları tələbələrin gördükləri işlərin təqdimat və müzakirəsində dinləyici kimi iştirak ediblər. Tələbələr həmçinin avadanlıqların yüklənməsi və emal müəssisələrinə daşınması prosesi ilə də tanış olublar. Müəssisənin mütəxəssisləri tələbələri gündəlik texniki-təhlükəsizlik qaydaları və ekoloji monitorinqlərin aparılması ilə bağlı təlimatlandırıblar.

Xəbər lenti