Logo

Gömrük Akademiyasının tələbələrinin növbəti tədbiri keçirilib

06.06.2022 14:42 468 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasının, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin TGT İntellektual oyunlar klublarının birgə təşkilatçılığı, Səbail rayon Gənclər və İdman İdarəsinin, Bakı Politoloqlar Klubunun və "Prestij-S" Tədris mərkəzinin dəstəyi ilə "Şuşa ili"nə həsr olunmuş “Xəmsə” intellektual yarışının final mərhələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, 4 ali təhsil müəssisəsinin tələbələri arasında keçirilən, gənclərin intellektual bilik və bacarıqlarının qiymətləndirilməsi və inkişafı məqsədini daşıyan yarışda ümumilikdə 8 komanda iştirak edib. Gərgin və maraqlı keçən mübarizədə Dövlət Gömrük Komitəsinin Akademiyasını “Kontinental” və “Polaris” komandaları təmsil ediblər.

Yarışın sonunda qalib komandalar kubok, medal və sertifikatlarla təltif olunublar.

Xəbər lenti