Logo

İlahiyyat İnstitutu “Mövlanə” proqramı üzrə müqavilə imzalayıb

06.06.2022 12:32 364 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Türkiyənin Tekirdağ Namık Kemal Universiteti arasında “Mövlanə” mübadilə proqramı çərçivəsində Əməkdaşlıq Protokolu imzalanıb.

Tehsil.biz xəbər verir ki, protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; müəllim və tələbə heyətinin mübadiləsi, akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun ən yüksək göstəricilərə malik olan tələbələri Tekirdağ Namık Kemal Universitetində birsemestrlik təhsil ala biləcəklər. Həmin tələbələr əlavə olaraq, təhsil müddəti ərzində təqaüdlə təmin ediləcəklər.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ötən dövr ərzində müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri yaradıb.

Xəbər lenti