Logo

“Təbiəti qoruyanlar” layihəsi davam edir - FOTOLAR

06.06.2022 10:44 553 baxış
IMG

Ümumi təhsil müəssisələrində “Təbiəti qoruyanlar” layihəsi davam edir.

Tehsil.biz xəbər verir ki, layihə çərçivəsində məktəb həyəti yaşıllaşdırılır və kiçik ölçülü oranjereya yaradılır.

Həmçinin “Təbiətimizi qoruyaq” adlı maarifləndirici tamaşalar (səhnəciklər) hazırlanır, Yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı tədbirlər, ekoloji kurslar təşkil olunur, “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı keçirilir.

Bundan əlavə, ekoloji guşələr, “Məktəbli bostanı” və “Yaşıl sinif”lər  yaradılır.

Qeyd edək ki, layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərini həllinə dəstək verilməsindən ibarətdir.

Xəbər lenti