Logo

Gömrük Akademiyasında "İqtisadın elmiliyi problemi" mövzusunda seminar keçirilib

03.06.2022 18:43 470 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasında “"İqtisadın elmiliyi problemi" (Ortodoks və heterodoks iqtisadi məktəblərin müqayisəli təhlili əsasında)” adlı seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, tələbələrin iştirakı ilə keçirilən seminar fənn müəllimləri Şəmsi Rzalı və Həsən Rəhimli tərəfindən təqdim olunub.

Təlimdə iqtisad elminin elm olub-olmaması, iqtisadi məktəblərin ideoloji təməlləri, iqtisad elminin inkişafının mövcud vəziyyəti, ortodoks və heterodoks iqtisadi məktəblərin müqayisəli təhlili və digər maraqlı məqamlar barəsində tələbələrə ətraflı məlumat verilib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.

Xəbər lenti