Logo

Dövlət xətti ilə xaricdə təhsillə bağlı müraciətlərin qəbuluna başlanılacağı vaxt açıqlanıb

03.06.2022 16:23 347 baxış
IMG

Azərbaycanda dövlət xətti ilə xaricdə təhsillə bağlı müraciətlərin qəbuluna başlanılacağı vaxt açıqlanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova məlumat verib.

O bildirib ki, iyunun 6-dan etibarən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsillə bağlı müraciətlərin qəbuluna başlanması planlaşdırılır.

Turan Topalova həmçinin qeyd edib ki, namizədlərə 20 gün vaxt veriləcək.

Xəbər lenti