Eskişeher Texniki Universitetinin professorları Metin Argan və Hayri Ertan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) olublar.
Tehsil.biz xəbər verir ki, qonaqlar Elmi-Tədris Laboratoriyası və Multimedia Mərkəzi ilə tanışlıqdan sonra konfrans zalında Akademiyanın fəaliyyətindən bəhs edən filmi izləyiblər.
ASAPES-in Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə və İdman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov qonaqlarla keçirilən görüşdə ali təhsil ocaqları arasında ikitərəfli əlaqələrin artırılması, əməkdaşlıq imkanları və digər istiqamətlər üzrə müzakirələr aparıblar.
