Logo

ADNSU-nun uğurla təcrübə keçən tələbələrinə sertifikat təqdim olunub

03.06.2022 12:19 484 baxış
IMG

İyunun 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neft-mexanika fakültəsinin METAK şirkətində təcrübə keçən 14 tələbəsinə sertifikat təqdim olunub.

Bu barədə ADNSU-dan məlumat verilib.

Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov tələbələrin savadlı kadr kimi yetişməsi üçün nəzəri biliklərə xüsusi önəm verilməsi ilə yanaşı, onların təcrübə keçməsinin də əhəmiyyətindən danışıb. METAK şirkətinin istehsalat direktoru Mübariz Əzimov isə bir ay yarım müddətində qarşılıqlı əməkdaşlıq layihəsi əsasında təcrübəni uğurla keçən tələbələrdən razı qaldıqlarını, onların təcrübəyə çox ciddi yanaşdığı bildirib.

Xəbər lenti