Logo

“WorldSkills Azerbaijan” restoran xidməti üzrə yarışda iştirak üçün müraciətlərin qəbul müddəti uzadılıb

02.06.2022 17:56 337 baxış
IMG

“WorldSkills Azerbaijan” platforması restoran xidməti üzrə yarışda iştirak üçün müraciətlərin qəbul müddəti uzadılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə məlumata görə, ümumilikdə üç mərhələdən ibarət olan yarışda iştirak etmək üçün restoran xidməti sahəsində həvəskar və peşəkar gənclər iyunun 8-dək qeydiyyatdan keçə bilərlər. İlkin qeydiyyat mərhələsi başa çatdıqdan sonra namizədlər arasından seçilən iştirakçılar ikinci mərhələyə keçid imkanı qazanacaqlar. 25 sualdan ibarət ikinci mərhələdə uğur qazananlar Lənkəran şəhərində keçiriləcək final mərhələsində restoran xidməti üzrə praktiki tapşırıqları yerinə yetirəcəklər. Restoran xidməti üzrə yarış Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində keçirilir.

Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti