Logo

“5-6 yaşlı uşaqların psixoloji diaqnostikası və inkişafı” adlı metodiki vəsait nəşr edilib

02.06.2022 09:17 852 baxış
IMG

Dövlət İmtahan Mərkəzi “5-6 yaşlı uşaqların psixoloji diaqnostikası və inkişafı” adlı metodiki vəsait nəşr edib.

Tehsil.biz xəbər verir ki, metodiki vəsait 5-6 yaşlı uşaqların ibtidai təhsilə psixoloji hazırlıq səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədilə nəşr edilib.

Metodiki vəsaitdən valideynlər, psixoloqlar, uşaq bağçası tərbiyəçiləri, məktəbə hazırlıq qrupları müəllimləri uşaqların diaqnostikası və inkişafı üçün istifadə edə bilərlər.

Vəsaiti "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xəbər lenti