Logo

“UNEC kitabxanalarında ən çox oxunanlar” adlı layihəsinin müzakirəsi təşkil edilib

01.06.2022 13:38 436 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Kitabxana İnformasiya Mərkəzinin “UNEC kitabxanalarında ən çox oxunanlar” adlı layihəsinin müzakirəsi təşkil edilib.

UNEC-dən bildirilib ki, tədbirdə tələbələr bu həftə UNEC-də keçirilən kitab-satış yarmarkasından aldıqları “A-dan Z-yə Marketinq” və “Sosial Media Marketinq” kitablarını müzakirə edib, fikirlərini bildiriblər.

Tədbir çərçivəsində müzakirə edilən ən yaxşı sosial platformalar, sosial medianın marketinq üçün faydaları, brendin avtoritetinin yüksəldilməsi məsələlərinin müzakirəsi tələbələrin xüsusi marağına səbəb olub.

Xəbər lenti