Logo

Qaradağ məktəbliləri Bakı Ali Neft Məktəbində - FOTOLAR

01.06.2022 10:50 551 baxış
IMG

Qaradağ Gənclər Evinin aktiv könüllüləri Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olublar.

Tehsil.biz xəbər verir ki, onlar Qaradağ rayonu 321, 294 və 228 saylı məktəbin I ixtisas qrupu üzrə buraxılış imtahanlarında yüksək bal toplayan şagirdləridir.

Karyera və tələbələrlə iş şöbəsinin əməkdaşı Mənzər Mustafayeva qonaqları Bakı Ali Neft Məktəbinin kampusu ilə tanış edib. Onlar 600 nəfərlik Konqres zalı, Neft Muzeyinin eksponatları, kitabxana, üzgüçülük hovuzu, iki qapalı idman zalı, tələbə yeməkxanası, auditoriyalar, müasir tədris laboratoriyaları, fitnes mərkəzi, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol, yüngül atletika meydançaları və Tələbə evini gəziblər.

Qonaqlara Ali Məktəbin fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübə proqramları, seminarlar haqqında məlumatlar verilib.

Sonda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun adından şagirdlərə simvolik hədiyyələr təqdim edilib.

Xəbər lenti