Logo

Kooperasiya Kollecində "Məzun Günü" keçirilib

01.06.2022 00:28 486 baxış
IMG

Bu gün Bakı Biznes və Kooperasiya Kollecində "Məzun Günü" keçirilib.

Tehsil.biz xəbər verir ki, mərasimi Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Elnur Allahverdiyev açıq elan edib.

Dövlət himinimizin sədaları altında açılışı baş tutan tədbirdə direktor Elnur Allahverdiyev çıxış edib.

E. Allahverdiyev bildirib ki, "Bakı Biznes və Kooperasiya Kollecinə qəbul olunduğunuz gündən bəri müəllimləriniz sizin biliklərinizin artırılması, potensialınızın üzə çıxarılması, dünyagörüşünüzün inkişafı yönündə əllərindən gələni ediblər. Siz gənclərin cəmiyyətin sosial-iqtisadi, mədəni həyatında iştirakının təmin edilməsi günümüzün vacib məsələlərindən biridir. Biz çox sevinirik ki, siz bu gün müstəqil Azərbaycan dövlətinin missiyasını anlayır, ona dəyər verirsiniz.

Əziz məzunlar, sizi bir daha ürəkdən təbrik edir, müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə görəcəyiniz işlərdə, şəxsi həyatınızda uğurlar arzulayırıq. Ümid edirik ki, siz subbakalavr təhsilindən sonra bakalavr və ali təhsilin digər pillələri üzrə öz təhsilinizi uğurla davam etdirəcəksiniz".

Tədbirdə bu il Bakı Biznes və Kooperasiya Kollecini təhsili və ictimai fəallığı ilə fərqlənərək bitirən bir neçə məzun tələbəyə xüsusi fəxri fərmanlar, ilin şöbə müdiri, ilin fənn birləşmə sədri, ilin müəllimi və ilin işçisi mükafatları təqdim olunub.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Respublikanının tanınmış incəsənt nümayəndələrinin, rəqs qruplarının çıxışları nümayiş etdirilib.

Xəbər lenti