Logo

ADU-nun şəhid tələbəsi Teymur Osmanlının xatirəsi anılıb

31.05.2022 10:53 295 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Vətən müharibəsində şəhid olan tələbəsi Teymur Osmanlının doğum günü münasibətilə xatirəsi təhsil aldığı Tərcümə fakültəsində yad olunub.

ADU-dan bildirilib ki, tədbirdə şəhidin valideynləri, yaxınları, müəllimləri, qrup yoldaşları, fakültənin fransız dili ixtisası üzrə təhsil alan tələbələri, rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev, rektorun məsləhətçisi Anar Osmanlı iştirak ediblər.

Tələbə yoldaşları və müəllimləri Teymurla bağlı xatirələrini bölüşüblər. Şəhid üçün ayrılmış qeyd kitabçasında yazılan xatirələr səsləndirilib.

Xəbər lenti