Logo

“Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransına tezislər qəbul olunur

31.05.2022 10:42 274 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu oktyabrda “Şuşa İli”nə həsr olunan “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransı keçirəcək.

Bu barədə Qafqazşünaslıq İnstitutundan məlumat verilib.

Konfrans “44 günlük Vətən müharibəsi və Cənubi Qafqazda yeni reallıqlar”, “Cənubi Qafqazda ictimai-siyasi proseslər”, “Böyük və qonşu dövlətlərin Cənubi Qafqaz siyasəti”, “Cənubi Qafqazda Şuşa şəhərinin yeri” bölmələrini əhatə edəcək.

Elmi konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 10-dək [email protected] ünvanına göndərməlidir. Müəlliflər konfransın Elmi Komitəsinin tezislər barəsində qərarı haqqında sentyabrın 15-də məlumatlandırılacaq. Yalnız müsbət rəy alan tezislər qəbul ediləcək.

Tədbirin keçiriləcəyi gün barədə əlavə məlumat veriləcək.

Xəbər lenti