Logo

ASAPES-də “Bir” Tələbə-Könüllü proqramının təqdimatı olub - FOTO

31.05.2022 09:36 293 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, təqdimatda ASAPES-in “SABAH” qrupları və digər qruplar üzrə aktiv tələbələri iştirak edib.

Təqdimat zamanı ASAPES tələbələrinə “Bir” Tələbə-Könüllü proqramının fəaliyyətinə dair videoçarxlar təqdim olunub, onlara proqrama üzv olmaq və qeydiyyat barədə mühüm məlumatlar verilib.

Sonda təqdimat zamanı fəallıq göstərən tələbələr xüsusi hədiyyələrlə mükafatlandırılıb.

Xəbər lenti