Logo

AƏSMA-da görüş: “Ali təhsilin inkişafında müasir trendlərin rolu” - FOTO

30.05.2022 22:06 434 baxış
IMG

26 mayda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA)
“Ali təhsilin inkişafında müasir trendlərin rolu” mövzusunda görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə son illərdə ali təhsildə baş verən innovasiyalar, yeniliklər, müasir trendlər haqqında təlimçilər tərəfindən ətraflı  məlumatlar verilib. 2020-ci ildə COVİD-19 pandemiyasının olması səbəbindən təhsilin bütün istiqamətlərində innovasiyalar təhsil sisteminə ciddi şəkildə nüfüz edib. Bu proses müəllimlər və tələbələr üçün yeni gerçəkliklər və tələblər yaradıb.

Yaranan yeni gerçəkliklərin psixoloji təsirləri ilə bağlı təlimçi Gülər Məmmədova tərəfindən  maraqlı məlumatlar verilib. Tədbirin ikinci hissəsində isə Beyinix şirkətinin təsisiçisi, təlimçi Orxan Şahbaz tərəfindən mövzu haqqında geniş söhbət açılaraq tələbələrin maraq dairəsində olan mövzulara toxunulub.

Xəbər lenti