"Son bir ayda təhsil sistemində idarəetmədə təyin olunan şəxslər əsasən kurs rəhbəri və əməkdaşlarıdır".
Tehsil.biz xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial hesabında bildirib.
O, heç bir dövlət idarəetməsində olmayan şəxslərin təhsil sahəsində idarəetmədə olduğunu qeyd edib:
"Hanı məktəb müəllimi? Hanı təhsilin kadrları? Aralarından bir nəfər də orta məktəbdə müəllim olduğu üçün vəzifəyə təyin olunan var? Regional Təhsil İdarələri yarandı, kurslardan ora təyinat oldu, məktəb kadrlarından yenə də ciddiyə alan olmadı. Təhsili də hazırlıq kursları verir, kadrı da. Daha məktəb nəyə lazımdır?"