Logo

AzTU-nun iki komandası “TEKNOFEST Azərbaycan”da mükafata layiq görülüb - FOTO

30.05.2022 11:14 288 baxış
IMG

Mayın 29-da “TEKNOFEST Azərbaycan”-da yarışlar üzrə II və III yerlərin qalibləri mükafatlandırılıb.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) Two Dice komandası “Sosial yönümlü texnologiyalar” müsabiqəsinin B kateqoriyasında “Ağıllı eynək” lahiyəsi ilə II, Hi-Tech komandası isə “Robotexnika” müsabiqəsinin B kateqoriyasında “Inimicus” lahiyəsi ilə III yerin qalibi olublar. 

Qaliblərin mükafatları rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "TEKNOFEST" İdarə Heyətinin sədri və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyə Respublikasının sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır tərəfindən təqdim edilib.

Xəbər lenti